varyox.az
Kinə çevrilən acizlik | VarYox
Gənc qadın insafı imkan verdikcə möhkəm zərbələr endirirdi. Hər zərbədən sonra kişinin əzələli kürəyində qırmızımtıl xətt əmələ gəlirdi. Qarabuğdayı dəriyə qamçı dəydikcə, kişi dərindən nəfəs alır, arada sakitcə sızıldayırdı. Bu vaxt qadının nəbzi daha sürətlə vurur, qan böyük təzyiq altında bədənə yayılırdı. Qadın gah çox istəyir, gah heç istəmirdi. Lakin istəsə də, istəməsə də, o bunu edirdi. O da indi göstərilən “tamaşanın” iştirakçısına çevrilmişdi.