varyox.az
Bir, iki, üç... | VarYox
Gözümü açmağa qorxuram. Yerdəyişmə baş verib yenə. Bütün cəsarətimi toplayıb gözümü açdım. Çox səs-küy var. Qışqırıq səsləri eşidirəm. Bu dəfə əynimdə boz libas var. Ətrafa boylandım, bir xeyli dəmir-dümür gördüm. Nə olduqlarını başa düşməyə çalışıram. Elə bu vaxt kiminsə yaxınlaşdığını sezdim. Əlində qılınc var. İlahi! Yenə!? Yox, yox! Saymağa başlayıram : bir, ikiii... Bu an məni çağıraraq: “Yaxşısan? Qalx, döyüşə”