varyox.az
Aftafa və tualet kağızı | VarYox
Adi günlərdən biri idi. Çox adi gün. Tarixdə belə adi gün olmamışdı. O qədər adi gün idi ki, hətta gündəlik adi günlərin siyahısında bu gün üçün yer olmadığına görə, bu gün o biri günlərin yanında özünə yer tapa bilmirdi. Aylıq təqvimdə ayın sonuncu günündən sonra yazılmışdı.