elchi.az
2018-də yalanla gündəmə gələnlər – Ərə getdi, qəza keçirdi… | "ELÇİ"
2018-ci ildə toy, klip, dava xəbərləri ilə gündəmə gələnlər az olmayıb. Amma bunlar arasında özünü yalan xəbərlə gündəmə gətirənlər də yer alıb. Belə ki, haqlarında yazılmadığını görən, bir neçə məşhur il ərzində gah özünü ərə verib, gah xəstəxanalıq edib, gah da direktor vəzifəsinə yüksəldib. Elchi.az axşam.az-a istinadən yalan danışmaqla gündəmə gələn məşhurların siyahısını təqdim edir: Bir neçə gün əvvəl saz ifaçısı Aqşin Tariyeloğlunun qəzaya düşdüyü və reanimasiyaya yerləşdirildiyi haqda xəbərlər yayılıb. Elə həmin gün sənətçinin atası və sənət dostları xəbərin yalan olduğunu və Aqşinin bunu özünü reklam üçün etdiyini açıqlayıb. Saytlar yazsın deyə, Aqşin özünü "xəstəxanalıq" edib. Hətta internetdən qəza vəziyyətində olan maşın şəkli tapıb, sosial şəbəkədə yayıb da. Bu ilin iyulunda aktrisa Sevinc Əliyeva 24 yaşlı model Riad Abdulovla nikah bağladığını demişdi. Hətta Riad səhifəsində xanımın üzünü gizlədərək "Mən getdim, heç kimə demədən, üstümə düşməyin" şərhini yazıb. Sonradan