sportpress.az
Azərbaycan gimnastı Rio olimpiadasına vəsiqə qazandı
Azərbaycan gimnastı Oleq Stepko Qlazqoda keçirilən dünya çempionatında finalda paralel qollarda 15,966 bal toplayaraq üçüncü yeri tutub. Sportpress.az xəbər verir ki, idmançımız bu göstərici ilə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb. Qeyd edək ki, Oleq Stepko ilk Avropa Oyunlarının qalibidir.