idmanxeber.az
Gəncədə iki fərqli hissə, "Neftçi"dən darmadağın - İdmanXəbər
Azərbaycan I Divizionun 23-cü turun oyunları keçirilib. İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günündə iki oyun baş tutub. Lider MOİK səfərdə “Neftçi-2″yə 1:4 hesabı ilə uduzub. “Sumqayıt-2” isə səfərdə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. Bu görüşdə ilk hissədə Gəncə təmsilçisi 1-0 öndə olsa da, ikini hissədə qapısında 3 qol görüb. “Zaqatala” – “Qarabağ-2” oyunu güclü yağışa görə təxirə salınıb. “Kəpəz” – “Sumqayıt-2” – 1:3 Qollar: Fərid Məmmədov, 12 – Fərid Bayramov, 55 (avtoqol), Baxşəli Baxşəliyev, 76, İsmayıl Babayev, 84 “Neftçi-2” – MOİK – 4:1 Qollar: Elnur Süleymanov, 8, 11, 62, Əlibəy Məmmədli, 84 – Raul Yaqubzadə, 44 (pen.)