fitret.az
Quranın rəvayət izahat üsulu. Ədəbi-bədii yanaşma
QURANDA ANLATMA SƏNƏTİ Quran qissələrındəki izahat tərzinin, ədəbi və ya bədii baxımdan araşdırılması. Bu cür bir araşdırma Quran icazının bəzi incəliklərini ortaya çıxarma xüsusiyyəti daşıyır. Çünki bu araşdırma Quranın rəvayəti bina edərkən izlədiyi yolu, alimlərin rəvayətləri necə anlayıb yorumladıqlarını və onların bu anlayış və yorumlamalarının hansı nəticələr doğurduğunu ortaya qoyur. Bu araşdırma, eyni zamanda, rəvayətin planında Quranın izlədiyi yolu, bunun necə və hansı şərt və mühitlərə bağlı olduğunu ortaya qoymaqdadır. Ayrıca, qissələrdəki şəxslərin canlandırma (rəsm), hadisələri təsvir etmə və dialoq meydana gətirmədə, Quranın nə kimi bir yol izlədiyini ortaya qoymaqdadır.