fitret.az
Mənə öyrət. Yola işıq olmaq lazım, kölgə deyil.
Məni qorxutma, mənə anlat, məni öyrət. Həyatı anlat mənə, nə əldə etdin yaşamdan onu anlat mənə. Mənə həyatı sevdir, mənə anlamları sevdir. Budur yön vermək. Qorxuları sarmayın ürəyimizə. Həmişə qorxduğumuzdan qaçdıq. Bizi həyatı sevə-sevə yaşamaqdan qaçırmayın! Təcrübənizi paylaşın, bölüşün bizimlə. Mütləq doğru kimi qəbul etdirməyə çalışmayın.