dergi.az
Güclü külək nə vaxt sakitləşəcək? - ETSN-dən AÇIQLAMA - Dərgi.Az
Bakıda və Abşeronda əsən güclü şimal-qərb küləyi sabah – avqustun 6-da gündüz tədricən mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti təşkil edəcək. …