Hər insanın pis olduğu an yazacağı/zəng edəcəyi/danışacağı biri olmalıdır məncə. Ən azından o danışsın qarşı tərəf sadəcə dinləsin.
inan bu belə yetər.

Hər insanın pis olduğu an yazacağı/zəng edəcəyi/danışacağı biri olmalıdır məncə. Ən azından o danışsın qarşı tərəf sadəcə dinləsin.
inan bu belə yetər.
O həddəyəm. Dua etməyə belə qorxar olmuşam. Çünki Tanrı hər zaman "elə yazmışam" deyir.
Bir insana şans vermək bərbad bir qərardır. Bunu ona heç vaxt demirsən amma özlüyündə ona bir şans daha verirsən. Hətta ən böyük şansı verirsən. Nəticə etibarilə də o verdiyin şansdan xəbərsiz olduğu üçün şansını istifadə edə bilmir. Sən isə xəyal qırıqlığına uğrayırsan. Ona inciyirsən amma deyə də bilmirsən ki, niyə bu qədər məyusam.
Həm necə deyərsən ki?
"Sənə səndən xəbərsiz verdiyim şansı heç görmədin nəinki istifadə etmək. Bununçün də sənə çox qırğınam"
necə deyərsən axı..
“People cry, not because they’re weak. It’s because they’ve been strong for too long.”
— Johnny Depp
Tək təsəllim "Heç bir pis insan *mən pis biri deyiləm* deyə gecələr ağlamaz, bundan narahat olmaz" cümləsidir.
Sən gecələr ağlayarkən, səni içdən-içə məhv edən insanlar həyatlarının ən gözəl dövrlərini yaşamağa başlayırsa, demək ki, düz bilirsən. Sən elə düşündüyün kimi pis bir insansan, inkar etməyin heç bir şeyi dəyişmir.
you killed her in your mind but you go to her grave every day
Bəzən həqiqətən bilmək istəyirəm. Niyə mən?
"Hamı ilə birlikdə danışıb - güldüyümüz o masada adının keçməsi səbəbindən dolan gözlərimi qəhqəhələrlə örtməyə çalışanda anladım son yazdığım cümlələrdə yalan dediyimi. Mən səni bağışlamıram və yəqin ki, böyük ehtimalla heç vaxt da bağışlamayacağam."
- " Feel free to tell everyone I'm the monster in your story. But please don't forget to mention in which chapter you created me"
- "Sometimes we don’t create the monsters they are just hiding behind a mask waiting for a perfect moment to eat you alive."
“I’m not sure I want to give you tools that can destroy my heart.”
— Twenty One Pilots, “Air Catcher,”
Bir müddət əvvəl (1 ay) həyatımda özümlə bağlı bəzi qərarlar verdim. İlk olaraq hər şeyə daha inamlı yanaşma qərarı aldım. Biraz da özümə güvənməli olduğumu təkrarlamağa başladım. Çünki anladım ki, özgüvən və özünü sevmə olmadan bir insan heçdir. Mənim özümə baxış tərzim kimi.
(Düzdür hələ də gözəllik mövzusunu qəbullana bilmirəm və hələ də xoş sözlərə allergiyam var imiş kimi reaksiya verirəm. Amma olsun o da düzələcək deyə ümid edirəm.)
O bir müddət əvvəl yenə O'nu gördüm sonra yenə illərdir, həmişəki kimi mənim fərqimdə olmadığını. Bir anlıq küçənin ortasında bütün bunların fərqində olan ümidsiz özümə yazığım gəldi amma sonra dedim ki,
Əzizim, yoluna davam et. Özün də bilirsən və çoxdan qəbullanmısan ki, o mümkün olacaq bir şey deyil. Sən onun üçün və O sənin üçün düzgün insan deyil. Mümkün olsa belə.. qızım, o səni incidər.
Çünki özümdən zəhləm getməsinə, çirkin olduğumu qəbullanmağıma, heç bir bacarığı, özəlliyi olmayan biri olduğuma inanmağıma tək o olmasa da (amma rolu böyük idi) səbəb idi.
Özümə belə bir gündə bunu etmişəm kimi görünsə də elə olmadığını bilirəm. Əslində gözəl olacaq deyə düşünmüşdüm. Hər zaman ağlıma o gələndə deyirdim ki, kaş artıq mənimçün heç bir məna ifadə etməyəcəyi zamana keçə bilsəm. Bilirsən, bunu istəmə səbəbim, mümkün olmadığı halda və ya ona heç bir şey demədiyim və deməyəcəyim halda oturub halımdan şikayətlənməyim idi. Heç kim ilə söhbət etmək istəmirdim, şans vermirdim. Elə bilirdim O'na xəyanət edirəm) (həyatımda olmayan və olmayacaq birinə (bəli, bəli hazırda ağlından keçirdiyin 'axmaq' düşüncəsi ilə tamam razıyam.)) Amma insan birinə çox qiymət verəndə belə olurmuş. Hər nəysə, sonunda mənimçün bir şey ifadə etmədiyi o zaman diliminə keçmişəm. Amma bilirsən.. özümü boşluqda hiss edirəm. Çünki bilirəm ki heç kim mənim ona verdiyim qiyməti mənə verə bilməz. Heç kim elə saf sevə bilməz. Yəni məncə mümkün deyil. Çox şablon səslənsə də indiki sevirəm sözünün necə bəsitliyini görürük hamımız. Amma məncə hamı mənim ona verdiyim kimi qiymətə layiqdir. Hamı elə sevilməlidir. Özümü hələ də sevmirəm amma mən belə layiqəm. Yəni məncə elədir.
Amma indi onu keçə bilməyimə baxmayaraq kiməsə şans vermək istəmirəm. Çünki hamının sözləri saxta görünür/saxta hiss etdirir.
Çünki mənim gözəl sözlərə, hədiyyələrə ehtiyacım yoxdur. Mənim gerçəyə ehtiyacım var. Həqiqətə. Kiminsə qiymətli olduğumu deməsinə yox, hiss etdirə bilməsinə. Mənim zamana ehtiyacım var.
Mənə zaman ayrılmasına. Boş zamanının mənimlə doldurulmasına yox. Mənim mənim kimi sevilməyə ehtiyacım var imiş. Ona görə bomboş hiss edirəm. Çünki sevgimi verəcəyim biri yoxdur.
İnsan əlində sevgi ilə ortada qalanda, onu verəcək biri olmayanda və ya kiməsə vermək istəməyəndə boşluğa düşürmüş.
Boşluğa düşmüşəm.
Bu qədər zaman sonra, qəbul edirəm, sənə aşiq olmaq başıma gələn ən gözəl şey idi. Doğrudur, indi bir önəmi yoxdur amma məndə o qədər gözəl yerə sahibsən ki, elə indi dünyanın ən axmaq hərəkətini etsən yenə də yanında dayanaram. Indi də o zamanki kimi səni müdafiə edərəm, hər kəsə qarşı. Nifrət edə bilmədiyim yeganə insansan. Demək düzgün xarakter insanlarda belə iz qoyurmuş.
Bəlkə də ən böyük səhvim:
Bəzi şeyləri həqiqətən istədiyim halda onlara gedəcək bütün təklifləri geri çevirməkdir.
+ Əgər sən davamlı onun haqqında düşünsən, onu özünə cəlb edəcəksən. Bu şəkildə də-
- Yox
+ Yox? Mən düşünmüşdüm ki, sən-
- Mən istəmirəm ki, o mən onu düşündüyümçün mənə cəlb olunsun ya da məni düşünsün. Sən ki, bilirsən mənim həyatımda heç də hər şey həmişə qaydasında olmur. Bəzən elə şeylər olur ki, özüm belə özümü unuduram və o anlarda heç onu düşünəcək zamanım olmayacaq. Ağlımın ucundan belə keçməyəcək və əgər bütün bunlar sən dediyin kimidirsə, o məni mən onu düşünmürəm deyə daha düşünməyəcək..
+ Hə.. belə..
- Hə. Mən istəyirəm ki, o da məni düşünmək istədiyi üçün düşünsün. Mən onu düşündüm deyə yox. Həqiqətən özü istədi deyə.
*Bəzən həqiqətən istədiyin şeylərə aparacaqmış kimi görünən lakin səbəbini bilmədiyin halda getməyi rədd etdiyin yol, əslində səni dəyərsiz hiss etdirdiyi üçün mümkün qədər uzağına qaçdığın o yoldur.