tezhib

flickr

Ulu Cami -Bursa / Ulu Mosque - Bursa by Celalettin GUNES
Via Flickr:

sabah çalışıp akşam okula gidip haftasonumu tezhibe ayırıp sınavlar, çizimler ve acaba bugün çocuklara hangi faaliyeti yaptırsam? üçlüsü arasında hayatımı sürdürmeye devam ediyorum. zor mu? çok. pes eder miyim? Allah kerim. inatçı mıyım? arnavutum da olsun o kadar inadım. yılmayacağım ve bu şekilde devam edeceğim. bunu buraya yazmamın tek sebebi dua isteyecek oluşum, evet Allah nasip ettiği sürece bu tempoya bu yorgunluğa sabredeceğim fakat duaya ihtiyacım var. Bu hafta çok önemli sınavlarım var sizden tek ricam dua etmeniz! İsmimi dualarınızda geçirin emi! öpüyorum güzel yüreklerinizden!

anonymous asked:

Selamün aleyküm 😊 tezhibe karşı çok büyük bi ilgim var bende kursa gitmek istiyorum ama yapabilir miyim bilmiyorum sıkılır mıyım bırakır mıyım diye korkularım var 😔 tavsiyen var mı nasıl başladın yada zor muydu nasıl yaptın ?

Aleyküm selam. 🤗 Başlamadan bilemezsin ki. Ben de aynı tereddütteydim, tabi başta zor oldu haftalarca sadece yaprak, penç, hatai çizdim. Sonrasında desen çalışmaya başladık ama zorluk olmadan birşeyler meydana gelmiyor. Hala öğrenmediğim birçok şey var şunu hiç unutma tezhipde hiçbirşey çabucak oluvermiyor. Her bir aşamada sabır lazım. Dışardan insanlar ‘sadece bi yaprak! haftalarca yaprak çizdin bıkmadın mı!’ diyor. Halbuki onu öğrenmek yapabilmek bile büyük bi gelişme. Dediğim gibi başlamadan bilemezsin. Bence bir dene. Sormak istediğin başka bir şey varsa buradayım.🙋😊

Təzhib

İslam dinində şəkillərin çəkilməsinə və heykəllərin hazırlanmasına icazə verilmədiyi üçün müsəlman rəssamlar, əsasən, fikir və bacarıqlarını bəzəkvurma sənəti üzərində cəmləşdirmişlər. Bu da öz növbəsində xəttatlıq, miniatür, təzhib, əbru kimi sənət növlərinin inkişafına təkan vermişdir.

Ərəb dilindən tərcümədə “qızılla bəzək vurma” mənasını verən “təzhib” qızıl və müxtəlif boyalarla bəzəkvurma sənətinin qədim növlərindəndir. Uyğurlara məxsus olduğu ehtimal edilən bu sənət növü türklərin Orta Asiyadan köçü zamanı Anadolu ərazisinə yayılmış və burada inkişaf etdirilmişdir. Ondan dini, ədəbi və elmi əlyazmaların, kitab səhifələrinin, üz qapaqlarının, hüsnxət lövhələrinin bəzədilməsində istifadə olunur. Təzhib sənəti ilə məşğul olan kişilərə müzəhhib, qadınlara isə müzəhhibə deyilir.

Dövrümüzədək gəlib çıxan ən qədim təzhib sənət nümunələri Səlcuqlular dövrünə aiddir. Həmin dövrün sənət əsərləri sadəliyi və bəsitliyi ilə seçilir. XV əsrdən etibarən təzhib sənətinin sürətli inkişafı müşahidə olunur. Bu inkişaf bəzək motivlərində, naxışlarda, rənglərin uyğunlaşdırılmasında özünü göstərir. Bu işdə Fateh Sultan Mehmetin böyük rolu olmuşdur. Çünki onun göstərişi ilə sarayda bəzəkvurma sənətinin müxtəlif növləri, o cümlədən təzhiblə məşğul olanlar üçün naqqaşlıq emalatxanası açılmışdır. XVII əsrin ikinci yarısından etibarən bu sənətdə Qərbin təsiri hiss olunur. Çiçək səbəti, uzun palmetta (xurma ağacı yarpaqlarına oxşar bəzək), lent motivlərinin üstünlük təşkil etdiyi  XVIII-XIX əsrlər isə “Türk rokokosu” dövrü adlanır.

Təzhiblə bəzəkvurmada əvvəlcə bəzənəcək zəminin (əşya) ölçüləri götürülərək həndəsi fiqur, yaxud bitki motivləri əsasında naxışlar hazırlanır və kağız üzərində çəkilir. Sonra həmin kağız şümşad ağacından və ya sinkdən hazırlanmış altlığın üzərinə qoyulub iynə ilə bir-bir deşilir və naxışlar kömür tozu vasitəsilə həmin əşyaya köçürülür. Bu əməliyyat naxışın silkələnməsi adlanır. Naxış tünd qəlibə köçürülürsə, əməliyyat təbaşirlə həyata keçirilir.

Təzhibdə müxtəlif əyarlı saf qızıldan istifadə olunur. Böyük səy nəticəsində nazik kağız halına salınmış qızıl vərəqlər toz halına gətirilib su ilə ipəkdən süzülür. Naxış vurulacaq əşya əvvəlcə təbaşirli parça ilə silinir və müvafiq hissəyə jelatinli su ilə qızıl çəkilir. Qızıl mührə adlanan alət vasitəsilə üstünə basılmaqla parıldadılır. Mührənin uc hissəsində əqiq olur. Sonda zəmin və motivlərə müvafiq rənglər vurulur, naxışların kənarları incə fırçanın köməyilə haşiyələnir.

Təzhibdə işlənilən hər motivin, hər rəngin özünəməxsus mənası var. İstifadə olunan naxış, motiv və rənglər təsadüfən seçilmir. Məsələn, qızıl işığı, Günəşi ifadə edir. Daha çox rast gəlinən mavi rəng səmanın, sonsuzluğun təmsilçisidir. Müasir dövr təzhib sənətində isə qızıl gündüzün, mavi gecənin rəmzidir. Kvadrat və düzbucaqlılar Yer kürəsinə, yarımdairə və üçbucaqlar isə göy qübbəsinə işarə edir. Bir-birinin ardınca, səliqə və nizamla düzülmüş naxışlar, xətlər kainatın ritmini, ondakı ahəngi, nizam-intizamı bildirir. Lakin bu məsələdə subyektiv yanaşmalar olduğundan, rəng və fiqurların mənaları fərqlənir.

Təzhib sənəti xəttatlıqla sıx əlaqəlidir. Onlar bir-birini tamamlayan iki qardaşa bənzəyirlər. Təzhib, bir növ, hüsnxət yazısının “əlbisəsidir”. Ancaq təzhibin qayəsi yazını bəzəməkdir, onu öldürmək deyil. Yazı daim ön planda olmalıdır. Çünki təzhib müqəddəs sözü əhatə edən dairə, kəlmənin varlığını ortaya qoyan nur kimidir. Bu yazılar, sözlər o qədər dəyərli, gözəl, mənalıdır ki, insanlar təzhiblə onu bəzəmək, mənəvi dəyərini daha da artırmaq istəmişlər. Təzhib sadəcə incəsənət deyil, o, insanın baxmaqla doymadığı, rahatlıq verən, incəlik və həssaslığın vəhdətindən doğan naxış dənizidir.