kannda

ಆ ಸಂಜೆ

ಆ ಸಂಜೆ ಕತ್ತಲು ಕಾಲಿರಿಸುವ ಮೊದಲು,
ಆ ಮೊದಲ ಭೇಟಿ, ಇಬ್ಬರ ಮಾತಿನ ತೊದಲು.
ಆ ಪಕ್ಷಿಗಳ ಚಿಲಿಪಿಲಿ, ಸೂರ್ಯನ ಸುವರ್ಣ ಕಿರಣಗಳು,
ಕರೆತಂದಳು ಅವಳ ಕಣ್ಣಲಿ ಸುಂದರ ಸುಸಂಜೆಯನು.

ನನ್ನ ಎದೆಗೆ ಎಂದೂ ಆಗದ ಸಮಾರಂಭದ ಅನುಭವ,
ಸಮೀಪದಲ್ಲೇ ಕೈಗೆಟ್ಟುವ ಕುಂತ ಉಳಿದ ಕನಸುಗಳು.
ಅವಳ ಇಂಪಾದ ನೆನಪುಗಳ ಮಂಜಿನ ಮನೆಯ ಸಂಬ್ರಮ,
ಯಾರ ಕಿವಿಗೊ ಕೇಳದ, ಹಾಡದೇ ಉಳಿದ ಸವಿಗಾನ.


ಆ ಸಂಜೆ ಕಳೆದುಹೋದ,ದುರ್ಬಲವಾದ ಆತ್ಮಗಳ ಭೇಟಿ,
ನಮ್ಮ ಕಂದು ನಯನಗಳ ಭಾವನೆಗಳ ಭೇಟಿ.
ನಮ್ಮ ಮರೆತುಹೋದ ಪ್ರಥಿಬೆಗಳ ಪುನರ್ಅನ್ವೇಷಣೆಯ ಸುಸಂಜೆ,
ಎಲ್ಲಕಿಂತ ಅತೀ ಸೊಗಸಾಗಿ ಕಂಡ ಮುಸ್ಸಂಜೆ.

ವಿದಾಯ ಹೇಳುವ ಮುನ್ನ ಕಂಡ ಆ ನೋಟ ,
ಗೆಳೆಯ ಇರುವೆಯ ಸದಾ ಜೊತೆಗೆ ಅಥವ ಇದೇ ಕೊನೆಯ?
ನಾನೆನಿಸಿಕೊಂಡದನ್ನ ಕಂಡೆ ಆ ಕಣ್ಣಲಿ, ನೋವಿಂದ ಕೇಳಿದೆ ಅಪ್ಪುಗೆಯ,
ಆ ಸಂಜೆ, ಕೊನೆ ಸಂಜೆಯಲ್ಲ ,ಆದರೆ ಮೊದಲ ಸುಸಂಜೆ ಮುಗಿಯದ ಸುಸಂಜೆ.


ಡಿ'ಮೆಲ್ಲೋ

wsemir.com
Milyarderlərin xanımları geyimlərinə nə qədər pul xərcləyirlər? - FOTOLAR

via Milyarderlərin xanımları geyimlərinə nə qədər pul xərcləyirlər? - FOTOLAR http://ift.tt/eA8V8J Toy 30 milyon dollara başa gəlmişdi… “WWD” portalı milyarderlərin həyat yoldaşlarının geyimlərə nə qədər pul xərclədiyini araşdırıb. Megafon.az “publika”-ya istinadən bu reytinqdə adıçəkilən nüfuzlu qadınlarla tanış olmağı təklif edir. Aleksandra Melniçenko rusiyalı biznesmen Andrey Melniçenkonun həyat yoldaşıdır. Aleksandra gənclik illərindən moda dünyasına böyük həvəs göstərib. O, gəncliyində model kimi fəaliyyət göstərib, eyni zamanda “Models” qrupunun solisti olub. Bu məşhur xanım indi də moda və dizaynla maraqlanır. Aleksandra ilə Andrey 2005-ci ildə ailə qurublar. Onların təmtəraqlı toyu Kann sahillərində keçirilmişdi. Toy 30 milyon dollara başa gəlmişdi. Yeni evlənənlər üçün xüsusi olaraq qədim rus kilsəsinin surəti hazırlanmışdı. Üç yüz nəfərlik qonaqlar üçün təyyarə və Kannda beşulduzlu otel sifariş olunmuşdu. Nömrələrə qonaqlar: xanımlar üçün axşam paltarları, kişilər üçünsə smokinqlər qoyulmuşdu. Yana Anqelopulu-Daskalaki Yunanıstanın ən tanınmış ictimai-siyasi xadimlərindən biridir. O, sərvətinin böyük bir hissəsini bahalı moda evlərinin kütyur geyimlərinə xərcləyir. “Forbes” jurnalı Yana Anqelopulu-Daskalakini 2004-cü ilin ən nüfuzlu qadınlarından biri adlandırmışdı. Lakin tənqidçilərin çoxu onu həddindən artıq aqressiv olmaqda və özünüreklamda ittiham edirlər. Muna Əyyub - Səudiyyə Ərəbistanın kral ailəsinin nüfuzlu müşaviri, milyarder Naser Əl Rəşidin keçmiş xanımıdır. Onu moda aləmində ən müəmmalı şəxsiyyətlərindən biri hesab edirlər. Amma hər halda, o məhz yüksək dəbə olan məhəbbəti sayəsində tanınır. Şeyxa Moza bint Nasir əl-Misnəd Qətər əmirliyinin şeyxi Təmim bin Həməd Al Taniyə ilə evlidir. Şeyx Moza Əl-Taniyənin üç arvadından ikincisidir. Onlardan ancaq biri mühüm siyasi hadisələrdə ərini müşayiət edir. Məhz şeyx Moza digər arvadlarının fonunda xeyli fərqlənir. Görünür, şeyx Həməd ancaq onu öz ölkəsinin bəzəyi hesab edir. Yeddi uşaq anası olan Şeyx Moza planetin ən yaxşı geyinən birinci xanımı, həm də siyasi və ictimai xadim kimi tanınır. Bu qadın inanılmaz dərəcədə zövqlü geyinir. Məhz şeyx Moza Ərəb ölkələrində islamın əsas etiket qaydalarını pozaraq ilk dəfə olaraq ictimaiyyət arasına üzü açıq görünməyə cəsarət edib. O, zərif üslubu ilə şərq ölkələrinə yenilik gətirib. Qətərin 55 yaşlı birinci xanımı qapalı və milli geyimlərdə həmişə nəcib, parlaq və zövqlü görünür. Onu bu xüsusiyyətlərinə görə, şərq siyasətinin dəb ilahəsi adlandırırlar. Lakin onun gözəlliyi çox baha başa gəlir. Şeyx Moza dünyanın ən nüfuzlu moda evlərinə özəl sifarişlər verir. Deyilənlərə görə, o, bir dəfə geyindiyi paltarı ikinci dəfə geyinmir. Amerikalı milyarder Henri Kravisin həyat yoldaşı Meri Kravis bizneslə məşğuldur. O da siyahıda adı çəkilən digər xanımlar kimi bər-bəzəyinə xeyli pul xərcləyir. Bundan başqa, xərçəngin müalicəsinin yeni metodlarının öyrənilməsi üçün ötən il onkoloji mərkəzə 100 milyon dollar vəsait ayırıb. Belçikalı illüstrator Qaya Ullesin həyat yoldaşı Miriam Ulles bahalı paltarları çox sevir. Mir.Az