Avatar

Nur🌙

@nurayniftaliyeva

Bir gece ansızın her yerden,her kesden...✨
Avatar
srahva

heç kimlə tanış olmaq istəmirəm, hətta məni tanıyanlar da məni yadlarından çıxarsalar çox xoşbəxt olaram.

neçə vaxtdı nəsə yazmıram 🥲 arada girib köhnə postları reblog eliyib çıxıram

Xəcalət çəkirəm kimləsə güləndə, yemək yeyəndə, su içində. Çox utanıram. Məndən daha çox yaşamağa layiq olan insanları Şəhid olarkən görəndə yaşamaqdan xəcalət çəkirəm..

Özümə çox əsəbləşirəm.O qədər insanı müdafiə etdim,hər nə olur olsun yanında oldum.Yeri gəldi köməklərinə tək mən qaçdım,əlimdən nə gəlirsə elədim.İndi ətrafıma baxıram heç kim yox.Nəyə bu qədər özümü yormuşam,nələrə qaçmışam xəbərim olmadan.Onlara qaçarkən belə yıxıldığımda tək qalxdım mən.

Narahat olma mən yanındayam deyən hərkəsi gözüm axtardığında başqa insanların yanında gördüm.Ama insan bir yol tapıb aslanlar kimi həll edir,nə edəcəyini bilmədiyini anda belə yol tapır.Ona görə də heç kim mənə arxası boş bəhanələrlə gəlməsin.

Çox əsəbləşəcəyim mövzularda sakit qaldığım üçün,haqqsızlıqlara rəğmən qarşımdakının qəlbini düşündüyüm üçün özümü təbrik edirəm.Hərşeyə rəğmən özümə olan hörmətimi itirməyib çirkinləşmədiyim üçün alnımdan öpürəm.Nə olur olsun ayaqda qala bilmişəm,halal olsun mənə. :)

Heç vaxt burdan getmərəm deyirdim.Neçə yaşım olur olsun hər zaman bu blogda birşeylər yazıb paylaşacağıma söz vermişdim.Getmirəm yenədə ama yaza da bilmirəm.Əvvəllər hər hissimi bura yazırdım.Ama artıq yaza bilmirəm.Yazmağı bacarmıram.Ya bəlkə hiss etmirəm? Bilmirəm qəribədi

Çoxmu ağladın sən?

Məndən çoxmu yoruldun?

Heç mənə görə səni üzdülərmi?

Yandırdılarmı canını?

Sən heç maşında gedərkən,

Pəncərədən üzünə yağış düşəndə darıxdınmı mənim üçün?

Soyuq oldumu heç ürəyin əlindən çox?

Bir loxmanı hıçqırıb ağlayaraq yedinmi sən məni xatırlayaraq?

Zəhər oldumu içdiyin su?

Səhərlər gözünün açılmağına pis oldumu heç,bugün də ölmədim deyə,sən?

Gecə dua elədinmi oyanmamaq üçün səhər?

Heç yerimi bilmədən qaçdınmı küçə küçə mənə?

Gəzdinmi başqasının gözlərində mənim gözlərimi?

Axtardınmı haçansa?

Bəs hər şey bir qırağa

Sən heç mənim üçün yazdınmı bu qədər uzun?

Hadi xatırla.Hamama girib suyu ola biləcək qədər çox açıb dizlərinə qapandığın,hönkür-hönkür ağladığın o günü xatırla.Hadi xatırla,çiçəyim,çəkdiyin acıdan yeriyə bilmədiyin,nəfəs alanda sinənin sıxışdığını,boğazında yumruq olan hər sözün gözləridən bir-bir axdığı o günü xatırla.Niyə elədin bunu özünə,uğruna özünü bu qədər məhv etdiyin o insana dəydi mi? Dəymədi,bilirəm.Getməyəcəyini dedi hə? Həmişə yanında olacağını dedi.Ah çiçəyim,heç kim qalmaz ki.Getmərəm deyənlər həmişə ən tez gedənlərdir bunu bilirdinmi sən?

Mutlu olmak istiyorsanız kusurlarınızı gizlemeyin. Arkadaşlarım benimle dalga geçiyor diyip çevre baskısını asla takmayın. Herkes nasıl mutluysa öyle yaşamalı. Bu durum kimseyi ilgilendirmemeli, Aksine bu durumda ona destek olmalı bazı sorunları birlikte aşabilmeli.