Bəzi insanlar sadəcə yalandan ibarətdir. Hissləri, sözləri, qəlbindən keçənlər, dedikləri sadəcə yalandan ibarət insanlar ətrafınızda varsa, gec fərqinə varsanız belə, onları keçmişdə dəfn edə bilməyiniz üçün bir səbəbiniz olacaq artıq. İnsanlara tez öyrəşməyin, çox insan sadəcə yaralarını sarımaq üçün sizi istifadə edər, sizin o acını dindirən məlhəm olduğunuz əsla xatırlanmaz belə…
Ya həyatında biri varsa, ya buna görə bitdisə, deyə düşünürək addım ata bilməmək deyə bir şey var. Bu bitirir insanı…
Qəlbim səninlə olsa da, sənə yazacaq gücü özümdə tapa bilmirəm. Sanki, qəlbimdə bir boşluq, sənə qarşı bir qırğınlıq var. Səndən gözləyirdim, bəlkə bir addım atasan deyə. Olmadı. Ən kədər vericisi nədir bilirsənmi ? Yarım qaldıq. Natamam hekayələri sevmədiyimi bilirsən. Tamamlanmayan bir hekayə qoyduq arxamızda və mən hər keçən gün bunu düşünürəm. Bəlkə sən məni artıq unutdun və yeni bir hekayəyə başlayırsan ancaq mən unuda bilmirəm. Lənətə gəlsin ki, asanlıqla keçmişdə qoya bilmirəm. Çünki, mən buyam. Çox düşünürəm, götür-qoy edirəm. Qəlbim və beynim adətən bir savaşdadır. Mən isə güclü deyiləm və əsla da olmadım. Sadəcə qorxub geri çəkilirəm. Bəlkə də qorxan və geri çəkilən sənsən ? Heç bunu düşündünmü yoxsa yenə bütün səhvi məndə axtarırsan ? Məhz elə qorxduğum məqam da budur. Sən əsla anlamadın hətta heç anlamaq üçün cəhd belə göstərmədin, sadəcə hər mövzuda sözsüz səbəbkarın mən olduğumu düşündün. Ən əsası da, daxili dünyandan mənə bəhs etmədin, məni öz dünyana aid görmədin belə. Bir zaman sonra gedəcəyimi düşünərək planlarını cızdın. Deməli bu hekayə də belə bitəcəkmiş. Yarım qalacaqmış…
Və mən indi anlayıram. Bu hekayənin sonunu sən belə yazdın. Bəhanələrə sığınaraq bitirdin.
Bunun üçün çox çalışdım amma illər ötdükcə, çətin gəlir mənə. Çətin olan nədir deyimmi ? Umidlənmək, gözəl günlərin həqiqətən gələcəyinə inanmaq, dünyanın daha da gözəlləşəcəyinə inanmaq, klassik musiqilərin, keçmiş filmlərin, xoş harmoniyaların, saf gülümsəmələrin, səmimiyyətin gözəlləşəcəyinə və ən önəmlisi də, dostluğun və sevginin daima güvəndən ibarət olacağına inanmaq çətin gəlir. Bəzən çox çalışsan da, bəzi şeylərə inanmaq böyüdükcə çətinləşir. Deyəsən buna görə də, çox insanın arzusudur uşaq qalmaq…
Kalbimde yaktığın alevin közleri
Söndü bir anda soğukluğunla
Ben hep derdim sen anlamazdın
Neydi bu inançsız suskun hallerin ?
Beni hiç bilmezdin sormazdın ki sen
Gözlerime bakmaz sevmezdin ki sen
Güvenle kurduğum aşkı sonunda
Yıkıp dağıttın bir hiç uğruna
Peki kim için, ne için, değdi mi bari ?
Yaşanan tüm güzel anlar hatrına
Şimdi söyle bana, dürüst ol şimdi
Sevmek önemliyse, nedeni neydi ?
Bizi bir yalana sattın da gittin
Ruhun öyle karanlık ki hep
Sevmeye, sevilmeye uzak birisin
Sonunda biri severse eğer,
Karanlıktan ibaret kalbinle seni
Kendini yakacak bir ışık için
Senin sevgin için, güvenin için…
Tanrı sizdən birilərini uzaqlaşdırırsa, həmin insanlar üçün göz yaşı tökməyin. Yaxşısı elədir. Bəlkə də birlikdə olduqda həqiqətən xoşbəxt olmayacaqdınız ? Bəlkə də birlikdə gülüb əylənmək yerinə, kədərlənəcəkdiniz ? Bəzən çarəsiz anlarda hadisələrə müsbət tərəfdən baxmaq çox çətin olsa belə, bunu bacarmalısınız. Biriləri həyatınızdan çıxırsa, kədərlənməyin, yol verin həyatını istədiyi formada şəkilləndirsin. Sizsiz daha xoşbəxt olacağını düşünən biri əsla sizin xoşbəxtliyiniz üçün çalışmaz. Bunun üçün də, yeni bir səhifə açmalısınız. Ən yaxşı və ən doğru insan qarşınıza mütləq çıxacaq. Fərqli məkanda və fərqli tarixdə. Mən buna inanıram, siz də inanın…
Qürurlu olmağın hər zaman “ən gözəli” olduğunu düşünən bütün insanlar indi yalnızlığının, yarım qalmış hekayələrinin, qırıq qəlblərinin gələcəkdə onları daha güclü birinə çevirdiyini düşünür. Əslində belə insanlar daima yaralı və yarım qalmış birinin məzarını daşıyır qəlblərində. Bu ən unudulmaz ölümdür. Küllərindən yenidən doğmağı seçənlər bu hekayədən ən yaxşı nəticəni çıxaranlardır. İllər sonra siz qarşınıza çıxan və sizin “yalnış insan” deyə adlandırdığınız hər bir insan üçün bir “təcrübəyə” çevriləcəksiniz. Hər kəs yaşatdığı duyğunun və yaşadığı həyatın əsiridir.
