Məsələ səni sevmək deyil ki,
Məsələ sənin olmaqdır. Sənin olmaq,
səninlə sevgili olmaqdan daha gözəldir.
Gülüşün olardım,
Cənnət kimi dodaqlarından süzülərdim,
Yanaqlarında bitərdim.
Nə zaman sevinsən dodaqlarına,
Yanaqlarına qonardım.
Nəyə sevinib sevimədiyini bilərdim.
Sevincini ilk mən bilər, Sevincinə ilk mən ortaq olardım.
Gülüşün olub dodaqlarından qaçardım.
Qaçardım gözlərinə. Gözlərində bitərdim. Gözlərindəki gülüşün olardım.
Gözlərində yığıb saxladığın kədərin yanında bir də mən olardım,
Kədəri qovardım, tək qalardım,
Gözəl görünərdim. Gözlərində çox gözələm. Gözlərindəki məni sev. Şairin olardım, şeirim olardın,
Hər gün səndən yazardım. Baxışların qəddimi bükərdi, Mən də sətri bükərdim Küləklə sənə göndərərdim. Şeirin olardım, Sətrlərdən gözlərinə, gözlərindən beyninə,
Beynindən ürəyinə gedərdim. Ürəyində olardım.
Sonra ən sevdiyin mahnın olardım.
Nə zaman hüznlənsən, Kədər sənə gəlsə,
Kədərini götürüb mənə gələrdin. Məni dinlər, kefini düzəldər, Güc tapıb, kədəri mənə buraxıb, Yoluna davam edərdin.
Kədər mənə qalardı, Mən də qulaqlarında qalardım. Məni dinləmək, səndə dinlənmək gözəldir. Yalnızlığın olardım,
Bir ömür səninlə olardım.