Tərsiliyim başıma bir bəla olub.
Təpədən dırnağa günaham, şərəm.
Eh bu qürur da bir bəhanə olub,
Mən körpəlikdən dəymə düşərəm..
Sən getsən, oxuduğum bütün eşq romanlarındakı gözəl qadınlar ölər...
Bu yaşda qatil olunarmı iki gözüm?🤎✨
Oynadığımız son oyun
Əbədi və dəyişməz xoşbəxtlik lənətlənmək deyilmi!?
Xoşbəxtlik yalandırsa, qoy mən əbədi yalançın olum..🪐
Fəqət xatirə, küləyə doğru fısıldayan bir payız yarpağıdır və sonrasında artıq bir daha eşidilə bilməz.
Xatirələr nədir ki, sevgilim? Mən özümü yandırsam yenə unutmaz ürəyim səni..🤍
İnsan birinə "səni sevirəm" deyə bilmək üçün əvvəlcə "mən" deməyi öyrənməlidi..🍃
Mənim göy üzümdə səndən başqa rəng yoxdu..🤎
Qəlb qırılması incə səsdir. Onu təkcə Allah eşidər..🍂
Bakı öz ümidlərindən adam asdıran şəhərdir...
Ya mən yanlış tablodayam, ya içkilidi rəssam...
Əzab çəktiyini göstərməmək üçün daha da çox əzab çəkirsən...
Nə qədər ki,döyünür ürəyim aram-aram.
Yorulub,bezən deyil sevgini daşımaqdan.
Bir gün eşitsən,yoxam, mənə "öldü" deməzsən,
Deyərsən:"Gözəl gözlüm,yoruldun yaşamaqdan?"...
Sənsiz günəş gecikər,
Aydınlanmaz sabahlar.
Azan səsinə diksinər,
Bu şəhərdə günahlar...
Bu səhər də baş ağrısı,
Soyuq içki, darıxmaq.
Bir quru zəng gələ,deyəsən ki, darıxma...
Sənlə doğsun günəşim,
Açılsın sabahlarım.
Azanımla yuyulsun
Səninlə günahlarım.
Bir səhər yanında mən,
Keçər bütün ağrılar.
Zəngim yox, özüm gəlim
Öpüb deyim - "darıxma".
Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə...
